12 C
Baku
Wednesday, December 11, 2024

Yüksək məhsuldar insanların vərdişləri

“Hər kəs nəyisə dəyişdirmək və ya düzəltmək barədə danışır, amma nəticə etibarı ilə edə biləcəyiniz tək şey özünüzü düzəltməkdir. Və bu artıq çox şey deməkdir. Çünki əgər özünüzü düzəldə bilsəniz, bu dalğa effekti verəcək”, – Rob Rayner. 

İnanlar maşın deyillər və hər birimizi öz istəkləri var. Lakin biz əhəmiyyətli bir şey etmək, bütün imkanlarımızı göstərmək və həqiqi mahiyyətimizi kəşf etmək istrəyirik. 

Əgər həyatımız qərarlardan ibarətdirsə, yüksək məhsuldar insanlar onları necə qəbul edirlər? 

Onlar nəyin ən vacib olduğunu bilirlər

Daha əvvəl qeyd etdiyimiz kimi, məhsuldarlığın sirri etdiyin işi sevməkdir. Vaxtımızı vacib hesab etdiyimiz işlərə sərf edərkən məhsuldar və məmnun olmaq daha asan olur. 

Əslində yanlış işləri səmərəli şəkildə yerinə yetirməyiniz o qədər də yaxşı bir şey deyil. Bu, ümumiyyətlə, daha pisdir. Çünki səmərəliliyiniz artdıqca yanlış istiqamətdə irəliləməyə davam edirsiniz. 

Onlar yolunu özləri seçirlər və başqalarını bunu onların adından etməyə qoymurlar

Yüksək məhsuldar insanlar sual verməyə meyllidirlər. Onlar başqalarının dediklərinə kortəbii şəkildə qəbul etmirlər. Onlar müəyyən uyğunsuzluqları tapmaq üçün hətta öz fikirlərini belə şübhə altında alırlar. Kimsə soruşanda ki: “Siz A və ya B variantını ala bilərsiniz, nə istəyirsiniz?”, onlar cavab verirləri: “Mən C variantını istəyirəm, zəhmət olmasa”. 

İlk başlarda bu çətin gəlir, amma təcrübə yığandan sonra daha asan olur. Anlamaq vacibdir ki, həyatınız boyu sizin adınızdan qərar qəbul etmək insanlar çox olacaq. Onların öz məqsəd və vəzifələri var. İlk növbədə insan olaraq onlar da birinci özlərini düşünürlər. 

Məhsuldar olmaq üçün vacib olanını etmək və düzgün hədəflərə can atmaq lazımdır. Siz sizə aid olmayan xarici gözləntilərə qarşı durmalsınız. Yalnız hər şey nəzarət altında olduğu zaman məhsuldar olmaq mümkündür, əks təqdirdə başqalarının manipulyasiyaları üçün açıq olacaqsınız. 

Onlar istədikləri kimi həyatdan zövq alırlar

Bu insanlar yüksək məhsuldarlığa baxmayaraq, hobbi və ya digər maraqlara sərf etməkdən çəkinmirlər. Necə deyərlər, zövqlə keçirdiyin vaxt boşa getmir.

Və bu əsas məqamdır – zövqlə keçirdiyiniz vaxt. Bəlkə də qəribə bir hobbiniz var və ya əyləncə ilə bağlı fikirləriniz digər insanların fikirlərindən fərqlidir. Nə fərqi var? İstədiyinizi edin. 

Onlar dialoq zamanı həqiqətən dinləyirlər

Məhsuldar insanlar dinləməyi bacarırlar. Dinləmək bacarığı layiqincə qiymətləndirilməyən keyfiyyətlərdən biridir. Əslində onu inkişaf etdirmək asandır: sadəcə başlayın. 

Empatiya təcrübə tələb edir. Bəzən digər insanın nə söylədiklərini təkrarlamaq faydalıdır. Avtomatik olaraq deyil, “düzgün başa düşdüyümə əmin olmaq” məqsədi ilə. Vaxt keçdikcə yalnız deyilənləri deyil, həm də deyilməyənləri (və bəzən daha vacib olanı) eşitməyi öyrənə bilərsiniz. 

Onlar oyanmaq və yuxuya getmək üçün hansı vaxtın ən yaxşı olduğunu başa düşürlər

Və bu vaxt hər kəs üçün fərqlidir! Yüksək məhsuldar insanlar ideal ritmlərini tapandan sonra, nadir hallarda istisnalar edərək ona riayət etməyə çalışırlar. Əlbəttə ki, zaman-zaman dəyişikliklər etmək xoşdur. Ancaq müəyyən bir prosedura mütəmadi olaraq riayət etməklə daha səmərəli olacaqsınız. 

Yüksək məhsuldar insanlar qarşılarına məqsəd qoyurlar

Məqsədlər fərqlidir və bəzi effektiv insanlar onları “məqsəd” adlandırmırlar. Onlar bilirlər ki, proses faktiki hədəflərə çatmaqdan daha vacibdir, amma prosesə başlamaq üçün səy göstərməli olduğunuz son nöqtəni müəyyən etməlisiniz. 

Məqsədlər – bizim üçün vacib olan dəyərlərin və onlara görə hər gün etdiyimiz seçimlərin ifadəsidir. Həqiqətən də məhsuldar olan insanlar bilirlər ki, bu gün atılan addımlar onların sabahkı imkanlarına təsir göstərir. 

Nəhayət, onlar başqalarına xidmət etmək və özlərinə qayğı göstərmək arasında tarazlıq tapırlar

Yüksək məhsuldar insanlar bilir ki, dünya yalnız onların ətrafında fırlanmır. Və onlar başqalarına bacardıqları qədər xidmət etmək istəyirlər. Onlar nəyisə dəyişdirmək istəyirlər! Məqsədlərini, dəyərlərini və qərarlarını nəzərə aldıqları üçün bu həmişə mövcuddur. 

Buna baxmayaraq, həyatda mümkün qədər səmərəli olmaq və həqiqətən istədiyini əldə etmək üçün özünüzü də unutmamalısınız. Siz eyni anda həm özünüzə, həm də başqalarına yaxşılıq etməlisiniz. Bu, dixotomiya və “və ya – və ya” seçimi deyil. 

Bir daha təkrar edək: həqiqətən də məhsuldar olan insanlar vaxtdan maksimum dərəcədə istifadə edirlər. 

Son xəbərlər
Digər xəbərlər