Britaniyalı və isveç alimləri belə müəyyən etmişlər ki, daha yüksək sosial-iqtisadi statusa sahib olan şəxslər (xüsusən təhsil və gəlir baxımından) digərlərindən daha çox bədxassəli beyin şişlərindən əziyyət çəkir.
Journal of Epidemiology & Community Health araşdırmanın nəticələrini nəşr etmişdir.
London universitetinin və Karolina institutunun əməkdaşları 1911-ci ildən 1961-ci ilə qədər İsveçdə doğulan və 1991-ci ildə ölkədə yaşayan 4,3 milyondan çox insanı əhatə edən ketləvi araşdırma elan edirlər. 1993-cü ildən 2010-cu ilə qədər onlarda bütün beyin xərçəngi diaqnostikalarını təyin etmişlər.
Bu məlumatlar daha sonradan həmin şəxslərin təhsil səviyyəsi, ailə gəliri, fəaliyyət növü və ailə vəziyyəti ilə uyğunlaşdırılmış və daha sonradan bu məlumatlara yaş, yaşanılan ərazi və yaşama müddəti kimi informasiyalar da əlavə edilmişdir.
Araşdırma zamanı alimlər kişilərdə 5735, qadınlarda isə 7101 beyin xərçəngi halı aşkar etmişlər. Belə məlum olur ki, minimum 3 il universitet təhsilinə sahib kişilərdə bəd xassəli şiş orta məktəb təhsili alan kişilərlə müqayisədə daha çox inkişaf etmişdir. Yüksək gəlirli kişilər arasında da bu xəstəlikdən əziyyət çəkmə göstəricisi yüksək olmuşdur.
Qadınlarla da aparılan araşdırmaların göstəriciləri eyni nəticəni əks etdirir. Belə ki, intellektual işlə məşğul olan qadınlar təhsilsiz qadınlara nisbətən bu xəstəliyə daha çox meyillidirlər.
Bundan əlavə, araşdırma gedişində alimlər bildirmişlər ki, göstəricilər dəqiq olsa da, bu iki amil arasındakı fərqin səbəbi naməlum olaraq alır.