Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məxsus “Yüksək Texnologiyalar Parkı” MMC-nin (YTP) Ekspertlər Şurasının onlayn iclası keçirilib.
Banker.az xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib.
İclasda “Bakı Polimer İstehsalat” MMC-nin YTP-nin rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusu verilməsi qərara alınıb.
R.Əliquliyev şirkət təmsilçilərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, bu qurumların elmtutumlu və yüksək texnologiya yönümlü istehsal fəaliyyətini nəzərə alaraq, Azərbaycan qanunvericiliyində göstərilən güzəşt və imtiyazlardan məqsədyönlü şəkildə faydalanacağına, ölkənin iqtisadi inkişafında mühüm rol oynayacaqlarına əminliyini bildirib.