-1 C
Baku
Sunday, December 15, 2024

Yunanıstan kreditorlar ilə razılığa gəldi

Banker.az saytının xarici mətbuata istinadən verdiyi məlumata görə, avrozonanın maliyyə nazirləri, kreditorlar və Yunanıstan rəhbərliyi ölkəyə maliyyə yardımının göstərilməsi və növbəti tranşın ayrılması üçün mütləq olan əsas iqtisadi islahatlar ilə bağlı razılıq əldə edib.
Tərəflər islahatların ölçü, zaman və ardıcıllığını təyin ediblər və Afina Avropa İttifaqından üçüncü yardım paketi çərçivəsində bütün bunları həyata keçirməlidir. Həmçinin Avropa qrupu tərəfindən Afinada texniki işin davam etdirilməsi ilə də bağlı qərar qəbul edilib.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristin Laqard 4 aprel tarixində qeyd etmişdi ki, “BVF islahatlar və borclar haqqında şərtlər yerinə yetirildiyi təqdirdə Yunanıstanda yeni antiböhran iqtisadi proqramında iştirak etməyə hazırdır”.

Son xəbərlər
Digər xəbərlər