32 C
Baku
Friday, July 19, 2024

Yunanıstan vətəndaşlarını Sudandan çıxarmaq üçün Misirə təyyarə göndərəcək

Yunanıstan vətəndaşlarının Sudandan mümkün çıxarılması üçün Hərbi Hava Qüvvələrinin təyyarələrini və xüsusi təyinatlılarını Misirə göndərir.

Bu barədə Yunanıstanın xarici işlər naziri Nikos Dendias məlumat verib.

Nazir, həmçinin xatırladıb ki, Yunanıstan Xarici İşlər Nazirliyi bəyanat yayaraq vətəndaşlarına Sudana getməmək, orada olanlara isə hadisələri yaxından izləmək və ölkə daxilində hərəkət etməkdən çəkinməyi tövsiyə edib.

O, aprelin 24-də Lüksemburqda Avropa İttifaqı Ümumi Məsələlər Şurasının iclasında Sudandan blokun açılması və vətəndaşların çıxarılmasının mütləq prioriteti məsələsinə toxunacağını bildirib. Dendiasın sözlərinə görə, o, artıq bu mövzuda Misirin xarici işlər naziri Sameh Şukri, Aİ-nin xarici siyasət rəhbəri Jozep Borel, ABŞ-ın Afinadakı səfiri Corc Tsunis və digər rəsmilərlə danışıb.

Məlumata görə, Sudanda 1 000-dən çox Avropa ölkəsi vətəndaşı, o cümlədən 150-yə yaxın yunan var.

Son xəbərlər
Digər xəbərlər