10 C
Baku
Thursday, December 12, 2024

Yunanıstanın bank sistemi

Ölkənin mərkəzi bankı olan Yunanıstan bankı səhmdar cəmiyyətdir və onun səhmlərinin 50%-i dövlətə, qalan hissəsi isə yerli və xarici səhmdarlara məxsusdur. Yunanıstan bankını ölkənin prezidenti tərəfindən 4 il müddətinə seçilmiş rəhbər idarə edir.

3000 insanın işlədiyi bankın daxili işləri ilə isə 12 üzvdən ibarət İdarəetmə Şurası məşğul olur. Maliyyə-kredit siyasəti rəhbərlik tərəfindən müəyyən olunur və onun həyata keçirilməsi üçün Yunanıstan bankının rəhbəri məsuliyyət daşıyır.

Yunanıstan banklarını 3 qrupa bölmək olar: kommersiya bankları (dövlət və özəl), ixtisaslaşmış kredit təşkilatları və xarici bankların filialları. 1993-cü ilə kimi Yunanıstanda 27 yerli və 19 xarici bank filialları fəaliyyət göstərirdi. Burada bank sektoru 4 nəhəng dövlət bankı tərəfindən idarə olunur və onlar sənaye dövriyyəsinin 70%-dən çoxunu əldə edirlər. Yunanıstan bankı ilə yanaşı bu ölkədə Milli Bank, Kənd Təsərrüfatı bankı, Ticarət bankı, İpoteka bankı kimi banklar mövcuddur.

İxtisaslaşmış kredit təşkilatları iqtisadiyyatın müxtəlif sahələrinin maliyyələşdirilməsi üçün bir vasitədir. Onların fəaliyyətləri dövlət tərəfindən subsidiyalaşdırılır.

Hazırda ölkə banklarından rəqabət qabiliyyətli olmaq, göstərilən xidmətlərin növünü genişləndirmək tələb olunur. Geriyə yalnız bir sual qalır, bəs nə vaxt yunan bankları bütünlüklə özəl banklara çevriləcək. Lakin bununla yanaşı Yunanıstan Kənd Təsərrüfatı bankı və Sənaye İnkişafı Milli bankı dövlət bankı statusunu qoruyub saxlayır. Onlar kənd təsərrüfatı və sənayeni maliyyələşdirmədə ixtisaslaşmış dövlət maliyyə təşkilatlarından artıq fəaliyyət göstərirlər.

Xarici bankların filiallarına gəldikdə isə burada sözsüz lider kimi “Siti-bank” filialını göstərmək lazımdır və bu filial Yunanıstanda 1964-cü ildə açılıb. Bundan başqa burada “Barclays Bank”, “Alhemeyne Bank Nederland”, “Midland Bank”, “Societe General” və s. kimi məşhur bankların filialları fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər