Bank VTB (Azərbaycan) ASC-nin Müşahidə Şurasının qərarı ilə Yuri Yakovlev İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur. Yeni rəhbər öz vəzifələrinin icrasına 2014-cü ilin iyul ayından Azərbaycan Respublikasının Mərkəzi Bankında attestasiyadan keçdikdən sonra başlamışdır.
Yuri Yakovlev VTB Qrupunda 2006-cı ildən işləyir, 2011-ci ildən Nyu-Dehli şəhərində VTB bankın filialına başçılıq etmişdir.
VTB prezidenti – İdarə Heyəti sədrinin birinci müavini Vasiliy Titov demişdir: “Yuriy Dmitriyeviç maliyyə sektorunda zəngin təcrübəyə malikdir. O, qarşıya qoyulmuş məsələlərin həllindən uğurla gəlmiş, Bank VTB-nin Hindistandakı fililalının işinin səmərəliliyini təmin etmişdir. Biz əminik ki, onun rəhbərliyi altında Bank VTB (Azərbaycan) biznesin fəal inkişafını davam etdirəcək, əsas maliyyə göstəriciləri üzrə müsbət dinamikaya nail olacaqdır”.