18 C
Baku
Thursday, April 25, 2024

Yuxu əmək haqqınıza necə təsir edir?

Yuxunun müddəti və keyfiyyəti birbaşa olaraq gəlirlərinizə təsir edir. Banker.az yuxusuzluğun gəlir əldə etməyə necə mane olduğundan və bu məsələni necə yoluna qoymaqdan bəhs edəcək.

Əmək haqqının miqdarına bir çox amil təsir edir, lakin son məbləği şirkət üçün nə qədər iş gördüyünüz təyin edir. Daha çox gəlir əldə etmək üçün şirkətdə öz əhəmiyyətinizi və ona qazandırdığınız faydanı yüksəltməlisiniz. Başqa sözlə, öz məhsuldarlığınızı artırmalısınız. Bəs yuxu məhsuldarlığımıza necə təsir edir?

Yuxusuzluq yaddaş və diqqəti endirir:

Yuxu çatışmazlığı zamanı koqnitiv düşüş müşahidə edilir, beyin adi işlərin öhdəsindən çətinliklə gəlir. Bu zaman insan məyus, unutqan, gərgindir. Jane E. Ferrie və onun London Universiteti kollecindən olan kolleqaları ilə birgə həyata keçirdiyi araşdırmaya əsasən, 6 saatdan az yatan insanlarda koqnitiv bacarıqlar 7-8 saat yatan insanlardan daha aşağıdır. Bu o deməkdir ki, yuxu çatışmazlığı zamanı yaddaş, diqqət və səbəb-nəticə bağlantıları qurmaq bacarıqları enir.

Yuxu normanızı tam olaraq aldıqda iş prosesi zamanı səhvlərə daha az yol verəcəksiniz ki, bu da sizi əlavə işlərə ilhamlandıracaq. Bu isə öz növbəsində əmək haqqınızın bir hissəsinə təsir, əlavə bonus və mükafatlar qazandıra bilər.

Yuxu əhvalı təyin edir:

Bəzən karyera pilləsində irəliləmək yalnızca professional deyil, şəxsi keyfiyyətlərdən də asılıdır. Belə ki, işçi seçimi zamanı eyni səviyyədə təcrübəyə malik iki insandan daha gülərüz olanına üstünlük verilir.

Yuxu birbaşa olaraq emosional vəziyyətinizə və xoş təəssüratlı müsahib olmağınıza təsir edir. Bundan əlavə, xroniki yuxusuzluq depressiyaya gətirib çıxara bilər.

Depressiya əlamətlərinə sahib bədbin təəssüratlı əməkdaş tapşırıqlara böyük həvəslə yanaşmağa, komanda daxilində effektiv işləməyə və digər kolleqaları ilə xoş ünsiyyət qurmağa qadir deyil. Bu səbəbdən də, uzun müddətli yuxusuzluq halında əmək haqqının və şəxsi artımın yüksəlməsinə ümid etmək olmaz.

Yuxu qərarvermə prosesinə təsir edir:

Rəhbər vəzifəyə sahibsinizsə doğru qərar vermək bacarığınız birbaşa olaraq əmək haqqınıza təsir edir. Yuxu çatışmazlığı yersiz risklərə getməyə vadar edir və bir çox hallarda səhvlərin qaynağı olur ki, bu da vəzifənin və yaxud əmək haqqının endirilməsinə gətirib çıxara bilər.

Gördüyünüz kimi, yuxu müddəti karyera pilləsində irəliləmək üçün əsas səbəblər olan məhsuldarlığınıza, kreativliyinizə, ehtiyatlılığınıza və pozitiv əhval-ruhiyyənizə birbaşa olaraq təsir edir.

Bu səbəbdən də, gəlirlərinizi artırmaq istəyirsinizsə, hər şeydən əvvəl yuxu keyfiyyətinizə biganə yanaşmayın.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər