6 C
Baku
Saturday, December 14, 2024

Yuxuların həyatımıza birbaşa təsiri

Aparılan araşdırmalara görə, bizim yuxularımızın tərkibi oyandıqdan sonra digər insanlarla ünsiyyət zamanı real həyatımızda özünü əks etdirir. Məsələn, yuxuda bir insanla münasibətimiz pozulduqda bu özünü onunla real ünsiyyətdə də biruzə verir.

Tədqiqatçılar 60-dan çox kişi və qadından yuxudan oyanan kimi yuxuları barədə geniş məlumat yazmağı tələb etmişlər. Həmçinin onlar bir gündəlik tutmalı və ora öz sevgililəri ilə olan münasibətləri qeyd etməli idilər.

İnsanlar sevdikləri insanı gecə yuxuda gördükdə növbəti gün bu münasibətdə problemlərə gətirib çıxarırdı. Yuxuda mübahisə etdiklərini görən insanlar isə həmin insanla real ünsiyyətdə çətinliklər yaşayır. Yəqin ki, hər birimiz bu hissi yaşamışıq. Yuxuda sevdiyimiz insanların bizə xəyanət etdiyini gördükdə, bu real həyatda da onlara qarşı az da olsa inamsızlıq hissinin yaranmasına səbəb olur. Bu effekt isə bir neçə gün ərzində davam edir.

Lakin heç də bütün nəticələr mənfi olmamışdır: yuxuda sevdikləri tərəfindən sevildiyini görən insanlar qarşı tərəflə daha da yaxşı münasibət qurmuşlar.

Son xəbərlər
Digər xəbərlər