8 C
Baku
Thursday, December 12, 2024

Yüzlərlə insanı işdən çıxarandan sonra öyrəndiyim 5 dərs

  1. Xoşagəlməz insanları işə götürməyin

Əgər korporativ mədəniyyət sizin üçün önəmlidirsə, müsahibəyə gələn “xoşagəlməz insan” ları tez ayırd edə biləcəksiniz. Nə qədər istedadlı olsalar belə, çalışın onları işə götürməyəsiniz. Yeni yaranan şirkət üçün güclü mütəxəssis tapmaq çox vacibdir – bunun müqqabilində menecerlər namizədlərin şübhəli sosial bacarıqlarına göz yummağa hazırdırlar. 

Ancaq öz təcrübəndən deyə bilərəm ki, bu cür risklər nadir hallarda özünü doğruldur. Zamanla instinktlərə etibar etməyi və şübhələrimi artıran namizədlərdən imtina etməyi öyrəndim. 

Komandada xoşagəlməz insanın olması, işçilərin iş əhval-ruhiyyəsinə və bütövlükdə şirkətin məhsuldarlığına təsir göstərə bilər. 

  1. İdeal namizədinizin kim olduğunu müəyyənləşdirin

İdeal namizədinizin kim olduğunu müəyyənləşdirin. Onun şirkətinizə uyğunlaşması üçün hansı şəxsi keyfiyyətlərə sahib olmalı olduğunu öyrənin. Bəzən elə olur ki, namizəd sizin korporativ mədəniyyətinizə dözməyə hazırdır, ancaq inkişaf etməyə yox. Bu halda onun passiv münasibəti digər işçilrə də təsir edəcək – motivasiyanı azaldacaq və iş prosesini ləngidəcək. 

Əgər işə götürdüyünüz namizəd yarım il ərzində həvəsdən düşsə, biznesinizə böyük ziyan dəyə bilər. Buna görə seçim mərhələsində bu və ya digər namizədin nə dərəcədə uyğun olub-olmadığını daha yaxşı yoxlayın. 

  1. Səhvinizi istənilən anda düzəldə bilərsiniz

Əgər işə götürdüyünüz namizəd yanlış istiqamətdə irəliləyirsə: ya onu düzgün istiqamətə yönləndirin, ya da yavaşca çıxışa doğru itələyin. 

Mövcud işçilərin birinin obyektiv olaraq daha pis işlədiyini görsəniz (işi gecikdirir və ya CV-də göstərilən bacarıqları nümayiş etdirmir), ağlınıza gələn ilk şey onu işdən çıxarmaq olacaq. Çalışın vəziyyəti düzgün qiymətləndirəsiniz: bəlkə seçdiyiniz vəzifə bu namizədə uyğun deyil?

  1. İşçilərinizlə hər zaman yaxşı davranın, hətta onlardan birini işdən çıxarmağı düşünsəniz belə

İşçilərin öz vəzifələrinin öhdəsindən gəlməməsi xoşagələn hal olmasa da, onlara hörmətlə yanaşmaq lazımdır. Əslində, işdən çıxardığınız şəxs faktiki olaraq brendinizin ambassodoruna çevrilir. O, şübhəsiz ki, başqalarına şirkətiniz və xüsusən də sizi necə tərk etdiyi haqda danışacaq. 

  1. İstedadları toplamağa çalışmayın – komanda yaradın

İşdən çıxarma prosesi xoşagələn bir şey deyil, amma gec və ya tez hər bir rəhbər bununla qarşılaşır. Hər şeyi düzgün etmək üçün şirkətinizin dəyərlərini saytda, vakansiya haqqında təsvirdə, müsahibədə, iclas və təlimlərdə göstərməyiniz vacibdir. Rəhbər brendini və korporativ mədəniyyəti təmsil etməlidir. Kimi işə götürdüyünüzü, kimi isə işdən çıxardığınızı izləyin və mütləq uğur qazanacaqsınız. 

Son xəbərlər
Digər xəbərlər