20 C
Baku
Cümə, Oktyabr 22, 2021

Yves Saint Laurent-in dünyaya bəxş etdiyi kəşflər

faizlere

1 avqust dünyanın dahi fashion ustadlarından biri olan Yves Saint Laurent-in doğum günü idi. O karyerasını qəti addımlarla başlamışdı və uzun illər boyunca yorulmadan o dövrün dünyası üçün kəşflər etməyə davam edirdi. Laurent dəb dünyasına əsl inqilab gətirmişdi və bunlardan biri də unisex geyimlər idi.

Trapes formalı geyimlər:

İlk trapes formalı geyim 1958-ci ildə Laurent-in “Dior” dəb evinin bədii rəhbəri olaraq fəaliyyət göstərdiyi zaman yaradılır. O trapes geyimlərdən ibarət olan ilk kolleksiyasını Trapeze adlandırmışdı. Laurent tərəfindən düşünülmüş orijinal siluet tez bir zamanda ictimaiyyətin marağına səbəb olur. Trapes silueti sürətlə bütün dünyaya yayılır, dəb vurğunu olan fransız qadınlarının ağlını başından çıxarır və beləliklə “Dior” dəb evinin önündə uzun növbələr yaranmağa başlayır.

Dəri gödəkçə:

Laurent özünün Beat Look kolleksiyası ilə kütlənin böyük heyrətinə səbəb olmuşdu. Belə ki, o sadəlik və bir o qədər də sərt cizgilərə üstünlük verən ilk modelyer olur. O öz modellərinə qara dəri gödəkçə, uzunbogazlı sviter, darboğazlı çəkmələr və qısa ətəklər geydirir.

Lakin bu dəfə modelyerin istedadı kütlə üçün həddindən artıq yenilikçi təsir bağışlayır. Paris cəmiyyəti onun yeni tərzini qəbullana bilmir, “Dior” dəb evi isə onun ideyalarını həddindən artıq cəsarətli hesab edərək Laurent-in xidmətlərindən imtina edir.

Qadınlar üçün kostyum dəsti:

Dəri gödəkçələr ilə kiçik uğursuzluğa uğrayan Laurent daha bir yenilik etmək qərarına gəlir. Qadınlara ilk dəfə olaraq klassik şalvar geyindirməyi Yves təklif edib. Modelyer 1966-cı ildə Fransada özünün Le Smoking kolleksiyasını təqdim edir. Düzdür, Yves Saint Laurent-in bu yeniliyini geymək arzusunda olan qadın az olsa da, həmin qadınlar öz seçimlərindən təəssüflənmirdilər.

“Opium” ətri

Laurent yeni-yeni kəşflər etməkdən yorulmurdu və növbəti belə yenilik 1977-ci ildə “Opium” ətrinin təqdim edilməsi olur. Piştaxtalarda yenicə peyda olmuş ətir cəmiyyəti arasında söz-söhbətlərə səbəb olur. Onlar ətrin adını narkotik adı kimi qəbul edir və qeyd edirdilər ki, ətir həddindən artıq çox spirt tərkibinə sahibdir. Bəzi yerlərdə ətrin satışı rəsmi olaraq qadağan edilir. Ətrin sloqanı olan “YSL aludəçiləri üçün” bu söz-söhbət alovunu daha da şiddətləndirirdi.

Qara dərili modellər:

Yves Saint Laurent tək dizaynda deyil, podiumda da yeniliklərə can atırdı. O dəb tarixində qara dərili modelləri podiuma çıxaran ilk modelyer idi ki, bu modellərdən biri də məşhur supermodel Naomi Campbell-dir.

Heç də hər kəs modelyerin bu qərarını rəğbətlə qarşıladı. Laurent narazı olan hər kəsi irqçilikdə günahlandırırdı. Artıq bir neçə ildən sonra isə heç bir kolleksiya nümayişini qara dərili model olmadan təsəvvür etmək mümkün olmurdu.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər