23 C
Baku
Tuesday, May 21, 2024

“Zəngilan Hava Limanı Zəngəzur dəhlizinə inteqrasiya olunacaq”

Zəngilanda istehsal olunan məhsullar ölkəmizdə istifadə olunmaqla yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək.

Bu barədə millət vəkili Vüqar Bayramov Zəngilan Hava Limanının açılışı ilə bağlı fikirlərini bölüşərkən deyib.

O, qeyd edib ki, Zəngilan Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq: “Bundan sonra hava limanı Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da Zəngilan da daxil olmaqla həmin ərazilərimiz vasitəsilə daşınan beynəlxaq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək. Şərqi Zəngəzurda turizm potensialı yüksək olduğundan bu hava limanının tikilməsi yerli və beynəlxalq uçuşlar baxımından əhəmiyyətlidir”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər