25 C
Baku
Thursday, May 29, 2025

“Zəyəm Texnologiyalar Parkı” ötən ili 4 milyon manatdan çox zərərlə başa vurub

“Zəyəm Texnologiyalar Parkı” Açıq Səhmdar Cəmiyyəti 2024-cü ili 4 milyon 77 min manat zərərlə başa vurub. Ötən il ASC-nin zərəri 1 milyon 725 min manat olub ki, bu da illik müqayisədə zərərin 2.4 dəfə artması deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Zəyəm Texnologiyalar Parkı”nın satışlardan gəliri 25% azalaraq 5 milyon 312 min manat, əsas əməliyyat gəlirləri 18% azalaraq 6 milyon 528 min manat təşkil edib.
31 dekabr 2024-cü il tarixinə “Zəyəm Texnologiyalar Parkı”nın cəmi aktivləri 16 milyon 85 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 30% azdır.
Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 12 milyon 389 min manat, cəmi kapitalı isə 3 milyon 696 min manat olub.
 “Zəyəm Texnologiyalar Parkı” ASC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 18 305 246 manatdır və qanuni təmsilçisi Elnur İbrahimovdur.
Son xəbərlər
Digər xəbərlər