5 C
Baku
Saturday, December 14, 2024

Zəlzələnin Türkiyənin ixracatına təsiri – $1.5 milyardlıq itki

Türkiyənin fevral ayında ixracatı 6.4 faiz azalaraq 18 milyard 638 milyon dollar olub.

Bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Türkiyə ötən ay 30.8 milyard dollarlıq məhsul idxal edib (əvvəlki illə müqayisədə 10.6% artıb).

Nazirliyin məlumatına görə, zəlzələ fevral ayında Türkiyənin ixracatında 1.5 milyard dollarlıq azalmaya səbəb olub. 

Qeyd edilib ki, Türkiyənin fevral ayında ən çox məhsul idxal etdiyi ölkələr Rusiya Federasiyası (4 milyard 133 milyon dollar), İsveçrə (3 milyard 646 milyon dollar) və Çin (3 milyard 101 milyon dollar) olub.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər