Zəngilan kəndində qeyri-yaşayış binalarının tikintisinə 9 milyon manatdan çox vəsait ayrılıb.
Banker.az xəbər verir ki, “Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi Zəngilan rayonunun Zəngilan kənd yaşayış məntəqəsində qeyri-yaşayış binalarının tikinti-quraşdırma işlərinin satın alınması ilə bağlı keçirdiyi tender prosedurunu yekunlaşdırıb.
Satınalma müsabiqəsinin qalibi “19 Saylı Tikinti Təmir İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.
Qalib şirkətlə bağlanacaq müqavilənin ümumi maliyyə dəyəri 9 057 061 manat təşkil edir.







