Göyçayda naməlum şəxslər qızıl mağazasına daxil olaraq soyğunçuluq ediblər.
Rayonun M.Ə.Rəsulzadə küçəsində yerləşən sahibkar Cəbrayıl Abakarova məxsus “Yaqut” adlı qızıl və gümüş əşyaların satışı mağazasına daxil olan iki nəfər maskalı şəxs oradan təxminən dəyəri 60 min manat olan qızıl-zinyət əşyalarını oğurlayaraq qaçıb.
Məlumata görə oğrular qızıl mağazasının sahibi və satıcısı olan Cəbrayıl Abakarovu izləyiblər, onun qonşu mağazaya keçməsindən istifadə edərək dərhal içəri daxil olublar.
Satıcı 5 dəqiqə sonra geri qayıdarkən üzlərinə maska keçirmiş iki nəfər naməlum şəxslə qarşılaşıb, onlar əlindəki tapança ilə Cəbrayıl Abakarovu qorxudaraq mağazadan çıxıblar. Onların küçədə hərəsinin bir istiqamətə qaçdığı deyilir.
Mağazanın müşahidə kameraları işləmədiyi üçün oğruların kimliyini hələ ki, müəyyən etmək olmayıb.
Faktla bağlı polis əməkdaşlarına məlumat verilib, araşdırma aparılır.