22 C
Baku
Sunday, June 26, 2022

Naxçıvan iqtisadiyyatı 0.7 faiz artıb

Muxtar respublikada 2021-ci ilin yanvar-avqust aylarında 1 milyard 878 milyon 670 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.

Banker.az Naxçıvan Statatistika İdarəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artaraq 4 066,4 manata çatmışdır.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 772 milyon 115 min manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.

 

 

Son xəbərlər
Oxşar xəbərlər