10 C
Baku
Friday, December 13, 2024

Zakir Həsənov İsrail şirkətinin rəhbəri ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İsrailin “Rafael” şirkətinin rəhbəri cənab Yoav Har-Even ilə görüşüb.

Banker.az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Nazirlikdən verilən məlumata əsasən, görüşdə Azərbaycan ilə İsrail arasında hərbi əməkdaşlığın güclənməsinin vacibliyi və dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr barədə ətraflı fikir mübadiləsi aparılıb, eyni zamanda Azərbaycan-İsrail hərbi əlaqələrinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyi xüsusi vurğulanıb.

Qeyd edək ki, “Rafael Advanced Defense Systems” şirkəti İsrailin Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərir. Şikrət İsrail ordusu üçün silah, hərbi və müdafiə texnikası istehsal edir, həmçinin ixrac da həyata keçirir. “Rafael” Azərbaycanla da yaxından əməkdaşlıq edir.

Son xəbərlər
Digər xəbərlər