16 C
Baku
Thursday, May 16, 2024

Zakir İbrahimov: “Qarabağın filiz yataqları sektorun sənayedə payını artıracaq”

İşğaldan azadedilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisinin potensialı ölkənin dağ-mədən sənayesinin inkişafı üçün yeni səhifə açıb.

Bunu Azərbaycan Mərkəzi Bankı tərəfindən Heydər Əliyevin 100 illik yubilyeyinə həsr olunmuş tədbirdə çıxış edən “Azergold” QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov deyib.

O bildirib ki, bu regionda yerləşən filiz yataqlarının istifadəyə verilməsi sənayedə dağ-mədən sektorunun payının böyük həcmdə artmasına təsir edəcək.

“”Azergold” bütün resurslarını səfərbər edərək bu istiqamətdə aparılan siyasəti davam etdirəcək” – Zakir İbrahimov əlavə edib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər