21 C
Baku
Friday, April 26, 2024

Zakir Qaralovun qardaşına cinayət işi açıldı

Azərbaycanın sabiq Baş Prokuroru Zakir Qaralovun qardaşı Tahir Qaralova cinayət işi açılıb.

Məlumata görə, sabiq baş prokurorun Gürcüstan vətəndaşı olan qardaşı Tahir Qaralov bu ölkədə başqa bir şəxsi ölümlə təhdid etdiyinə görə barəsində cinayət işi başlanıb. Cinayət işinin açılmasına səbəb isə Gürcüstan vətəndaşı Emil Ocaqquliyevin Zakir Qaralov barəsində Azərbaycanın yeni Baş Prokuroru Kamran Əliyevə şikayət ərizəsi göndərməsi olub.
Faktı gununsesi.org-a təsdiqləyən Emil Ocaqquliyev bildirib ki, onun Kamran Əliyevə şikayətindən sonra Zakir Qaralovun qardaşı onu təhdid edib, ölümlə hədələyib:

“Mən də buna görə Gürcüstanın hüquq mühafizə orqanlarına şikayət etdim. Artıq Tahir Qaralov barəsində cinayət işi başlanıb və dünən onun ilkin ifadəsi alınıbdır.”

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər