27 C
Baku
Saturday, July 27, 2024

Zaman maşını və ya öldürülmüş baba paradoksu

Öldürülmüş baba paradoksu – bu paradoks zaman səyahəti ilə bağlı olub ilk dəfə 1943-cü ildə fantastik mövzularda yazan Rene Barjavelin “Le Voyageur Imprudent” kitabında məhz bu başlıq altında şərh olunmuşdur. 

Paradoks bundan ibarətdir: təsəvvür edək ki, insan zaman maşınının köməyi ilə keçmişə yollanır və özünün bioloji babasını öldürməli olur və belə də onun, yəni səyahətçinin babası nənəsi ilə tanış ola bilmir. Bunun nəticəsində isə səyahətçinin valideynlərindən biri, o cümlədən, onun özü də heç zaman dünyaya gələ bilməzdi. Bu isə o, anlama gəlir ki, əgər o dünyaya gəlməsə idi, zaman maşını icad etməz və onun vasitəsi isə zaman səyahətinə çıxa bilməzdi, deməli o, keçmişə qayıdıb, babasını öldürə də bilməz və son nəticədə onun babası sağ qalardı (və onun nənəsi ilə rastlaşardı və bu da o deməkdir ki, səyahətçi dünya gəlib, zaman maşınında səyahətə çıxar və keçmişə qayıdıb babasını öldürə bilərdi.

Beləliklə hər bir imkan özlüyündə öz inkarını nəzərdə tutur və bununla da məntiqi paradoks yaradır. Onun həlli yolu isə belədir: zaman səyahətçisinin indiki zamanda yaşaması faktı onu göstərir ki, o sadəcə öz ulu babasını öldürməyə cəhd göstərmir, can atmır. Bu o deməkdir ki, tam hərəkət sərbəstliyinə malik olmaq olar, amma Siz keçmişdə nə etsəniz belə indiki zamanı dəyişə bilməzsiniz, çünki onun nəticələri artıq hiss olunur.

Adına baxmayaraq, öldürülmüş baba paradoksu yalnızca öz doğumunun qeyri mümkünlüyünü nəzərdə tutmur. İlk növbədə o, zamanda səyahət etməyin mümkünlüyünü qeyri mümkün edən bütün hərəkətlərə toxunur. Paradoksun adı ilə bağlı nümunə isə həyata keçirilməsi mümkün olan hərəkətlər içərisindən insanın ağlına ən çox gələndir. Digər nümunə isə zaman maşınının icad edilməsi üçün elmi biliklərdən istifadə ola bilər, yəni keçmişə qayıdaraq alimlərə öz işlərində mane olmaq (istəyir bu qətl və ya digər üsul olsun), belə ki onların elmi işləri sayəsində siz maşını icad etmək üçün lazım olan bilikləri əldə etmiş, informasiya almısınız. Fəlsəfədə isə ekvivalent paradoks “avtoinfantisid” – keçmişə qayıdaraq uşaqlıqda özünü öldürmə adlanır.

Öldürülmüş baba paradoksu adətən zaman səyahətinin qeyri mümkün olmasını sübut etmək üçün istifadə olunur. Amma buna baxmayaraq paradoksdan qaçmaq üçün bir sıra digər fərziyyələr də irəli sürülüb, məsələn belə bir ehtimal var ki, keçmişi ona görə dəyişmək mümkün deyil ki, baba artıq onun həyatına qəsd hadisəsini yaşamalı idi (əvvəldə deyildiyi kimi) ya da zaman səyahətçisi alternativ zaman xətti yaradır ki, bu zamanda o dünyaya gəlmir.

Son xəbərlər
Digər xəbərlər