Zamanınızı maksimal şəkildə effektiv idarə etməyi necə öyrənmək olar? Qısa müddət ərzində neçə çox iş görmək olar? İlk olaraq gün ərzində nəyə daha çox zaman xərclədiyinizi müəyyən edin və bu zamanı boş yerə, yaxud məhsuldar bir işə sərf etdiyinizi ayırd edin. Aşağıda sizə zamanınızı düşgün şəkildə idarə etmək üçün bir neçə məsləhət verilmişdir. Bu məsləhətlərdən bir neçəsini belə istifadə etməklə time-managmentdə vərdişlərinizi yaxşılaşdıracaq və bir çox yeni şeylər öyrənəcəksiniz.
– Tarazlığı qoruyun. Hər bir insanın həyatı ümumi bir bütünü yaradan çoxsaylı hissələrdən ibarətdir. Bu sağlamlıq, şəxsi həyat, iş, daxili aləm, maliyyə və s.dir. Bütün bunlara kifayət qədər zaman ayırmaq laızmdır. Əks təqdirdə balans pozulacaq. Sağlamlığınıza fikir verməsəniz pul itirəcəksiniz, şəxsi həyatınıza zaman ayırmasanız qarşılıqlı münasibəti itirəcəksiniz. Tarazlığın olmaması inkişafa və uğura mane olacaq.
– Siyahı tərtib edin. Bütün planlarınızın siyahısını tərtib etməyi unutmayın. Bu sizin gündəlik vərdişinizə çevrilməlidir. Bu siyahını tək qeyd dəftərçəsində deyil, həmçinin kompüterinizdə də tərtib edə bilərsiniz. Siyahı və qeydlər hər şeyi dəqiq formalaşdırmağa və bütün tapşırıqları yadda saxlamağa kömək edəcək.
– Hər günü planlaşdırın. Hər axşam keçirdiyiniz iş gününü təhlil edin və növbəti günün siyahısını tərtib edin. Ətraflı plan olmadan tapşırıqlar üzərində çox zaman itirəcəksiniz və əsas olanı yerinə yetirməyəcəksiniz.
– Prioritetləri müəyyən edin. Sizin gündəlik plan siyahınız vacib və təcili işlərlə yanaşı, çox da vacib olmayan işləri özündə əks etdirməlidir. Ən vacib işlər 1 rəqəmi, nisbətən vacib işlər isə 2 rəqəmi ilə sıralanmalıdır. Əgər belə etməsəniz ilk növbədə qeyri vacib işləri yerinə yetirmiş olarsınız.