3 C
Baku
Saturday, December 14, 2024

Zambiya COVID-19-a görə defolt elan edən ilk Afrika ölkəsi ola bilər

Zambiya yeni növ koronavirus (COVID-19) pandemiyası böhranı səbəbindən defolta elan edə bilər. Belə olduğu halda, Zambiya pandemiyaya görə defolta uğrayan ilk Afrika ölkəsi olacaq.

“Financial Times”ın verdiyi məlumata görə, 3 mlrd. ABŞ dolları dəyərində Zambiyanın dövlət istiqrazlarını alan investorlar ölkə tərəfindən ödənişlərin dayandırılması ilə bağlı edilən təkliflərini rədd etməyi planlaşdırır.

İnvestorların Zambiyanın şərtləri ilə razılaşmaq istəməməsi bütün kreditorlara eyni münasibətin göstərilməməsi ilə əlaqələndirilir. Bundan əlavə, sərmayədarlar ölkənin makroiqtisadi disbalansının aradan qaldırılması və iqtisadi sabitliyin bərpası barədə kifayət qədər məlumat vermədiyini bildirir.

Qeyd edək ki, eyni zamanda, ölkənin səlahiyyətliləri bundan əvvəl bütün kreditorlarla bərabər davranmağa hazır olduqlarını söyləmişdi. Zambiya Beynəlxalq Valyuta Fondu ilə davamlı borc idarəetmə strategiyası yaratmaq məqsədilə danışıqlar apardığı üçün ödəmələrin dayandırılmasına ehtiyac olduğunu bildirmişdi.

Zambiyanın Maliyyə Nazirliyi rəsmi açıqlamada bildirib ki, əgər ölkə kreditorlarla razılığa gələ bilməsə, məhdud maliyyə imkanları olan respublika ödəmələri həyata keçirə bilməyəcək və bu səbəbdən borc artımının qarşısını ala bilməyəcək.

Xatırladaq ki, bu ilin may ayında Argentina da koronavirus pandemiyası səbəbindən defolt elan edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər