22 C
Baku
Sunday, April 28, 2024

Zaminlikdən necə imtina etmək olar?

Banker.az-a ünvanlanan ən çox suallardan biridə istehlak kreditlərində zaminlikdən imtina ilə bağlıdır. Qeyd edək ki, Mülki Məcəllənin 477-ci maddəsində zaminliyə xitam verilməsi halları nəzərdə tutulur.

1-ci yol

Belə ki, məcəlləyə əsasən, zaminin xəbəri olmadan kredit müqaviləsinə dəyişiklik edilən zaminlik öhdəliyinə xitam verilir. Devalvasiyadan sonra bir sıra kredit müqavilələrinə dəyişikliklərin edildiyini nəzərə alsaq, bu baxımdan zamin duran şəxsin bankda müqaviləyə hər hansı dəyişiklik edilib-edilmədiyini öyrənməsi çox vacibdir.

Qanunvericiliyə əsasən, əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə zaminliyə xitam verilir”.

“Mülki Məcəllədə eyni zamanda göstərilib ki, əgər kreditor (yəni bank) borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə, zamin olan şəxs zaminliyin ləğv edilməsi barədə iddia qaldıra bilər. Əslində bu zaminliyin ləğvi üçün ciddi hüquqi baza yaratsa, bunun praktikada tətbiqi imkanları xeyli çətindir.

 

2-ci yol

Amma bütün hallarda zaminlər bu maddədən istifadə edib iddia qaldırmağa çalışmalıdırlar. Bundan başqa, borcalan kredit müddəti bitdikdən sonra, 1 il ərzində zaminə kredit ödənişi ilə bağlı tələb irəli sürmədikdə zaminlik başa çatır. Bank kredit müddəti bitdikdən sonra 3 il ərzində borcalandan, 1 il müddətində isə zamindən borcu tələb edə bilər.

Zamin kredit gotürub, amma qaytarmayandan ödədiyi pulu geri tələb edə bilərmi?

Məsələnin digər tərəfi xərclədiyi pulu zaminə ödətdirən borcalanın müqavilə müddəti başa çatdıqdan sonra məhkəməyə verilə bilməsi ilə bağlıdır. Zamin kredit məbləğini tam ödədikdən sonra, borcgötürəni məhkəməyə verə və ondan banka ödədiyi məbləği tələb edə bilər.

Ona görə də, bu gün aldadılaraq zamin olan və kredit ödəməyə məcbur olanların ödənişlər başa çatandan sonra krediti götürən şəxsi məhkəməyə verib ödədiyi pulu ondan geri tələb etməsi hüququ var.

3-cü yol

Zaminlikdən çıxmanın digər yolu isə bankla danışıqlardır. Əgər borcalan (yəni krediti götürən) zaminin əvəzinə digər zamin gətirərsə və o zamin bankı (və ya digər kredit təşkilatını) qane edərsə, o zaman bankın razılığı ilə zamin dəyişə bilər. Bəzən olurki, borcalan hazırda olan zamindən daha təminatlı zamin təqdim edir (misal üçün daha çox əmək haqqısı olan və ya  daha az borcu olan şəxs) və bank buna razı olur çünki bu bank üçündə əlverişli bir haldır.

Unutmayaq ki, bəzən banklarda zaminin dəyişdirilməsi texniki baxımdan problemli olur və bu proses uzun zaman aldığından banklar bu əməliyyatdan boyun qaçırmağa meyilli olurlar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər