22 C
Baku
Friday, April 19, 2024

Zaporojye haradadır? Onun əhəmiyyəti nədir?

Rusiya-Ukrayna müharibəsi zamanı yaranan nüvə təhlükəsinin mərkəzində olan Zaporojye Rusiya qoşunlar tərəfindən nəzarətə götürülüb. Bəs Zaporojye haradadır? Onun əhəmiyyəti nədir?

Zaporojye ölkənin enerjisinin böyük hissəsini qarşılayan AES-i, eləcə də Ukraynanın cənubundakı tarixi və turistik əhəmiyyəti ilə strateji əhəmiyyətli şəhərlərdən biridir.

Ukraynada Rusiya qüvvələrinin yaxınlaşdığı Avropanın ən böyük elektrik stansiyası olan Zaporojye Atom Elektrik Stansiyasında qarşıdurma nəticəsində yanğın baş verdiyi bildirilib.

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya hərbi birləşmələrinin Zaporojye Atom Elektrik Stansiyasına hücumları dayandırılmalıdır və partlayış olarsa, bu, Avropanın sonu olacaq.

Növbəti saatlarda yanğının nəzarət altına alındığı bildirilib. Səhər saatlarında verilən açıqlamada Rusiya birləşmələrinin Zaporojye AES-inə nəzarəti təmin etdiyi açıqlanıb.

Zaporojye Rusiya imperiyası dövründə Dnepr çayının sahilində yerləşən Ukraynanın Zaporojye vilayətinin inzibati mərkəzi olub. 1770-ci ildə Rusiya imperiyasının sərhədlərini türklər və tatarlardan qorumaq üçün Aleksandrivska tərəfindən tikilmiş şəhər divarları ilə qurulmuşdur. Şəhər Kiyevdən 884 km məsafədədir.

 

Son xəbərlər
Digər xəbərlər