Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarının yerli icra orqanları ilə birgə keçirdiyi reyd zamanı Zaqatala rayonu, Danaçı kəndində vətəndaş Musayev Yusub Abduxaliq oğlu tərəfindən qanunsuz heyvan kəsiminin həyata keçirildiyi aşkar olunub.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, aşkar edilmiş faktla bağlı vətəndaş Musayev Yusub Abduxaliq oğlu inzibati məsuliyyətə cəlb edilib.