11 C
Baku
Monday, November 25, 2024

“Zara”nın sahibi Rusiyadakı biznesinin satışına başlayıb

“Zara”, “Pull&Bear”, “Bershka”, “Stradivarius”, “Massimo Dutti” brendlərinin sahibi olan “Inditex”, Livandakı françayzi “Daher Group”u ilə Rusiyadakı biznesini satmağa razılaşıb. Bu barədə “Inditex” saytında məlumat verilib.

“Sövdələşmənin şərtləri hökumət tərəfindən təsdiqlənərsə, bu, Rusiyada “Inditex Group” tərəfindən yaradılan əhəmiyyətli sayda iş yerlərinin saxlanmasına imkan verir”, – mesajda deyilir.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Eyni zamanda, şirkət qeyd edir ki, sövdələşmənin bağlanması “Inditex”in Rusiyadakı fəaliyyətinin dayandırılması demək olacaq. Xatırladaq ki, martın 5-də şirkətə məxsus brendlər Rusiyada fəaliyyətini dayandırıb.

Son xəbərlər
Digər xəbərlər