“Soçidə keçirilən üçtərəfli görüşdə Zəngəzur dəhlizi müzakirə olunub”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, bu istiqamətdə işlər 3 ölkənin baş nazir müavinlərinin həmsədrlik etdiyi işçi qrup səviyyəsində davam etdiriləcək.