3 C
Baku
Saturday, December 14, 2024

Zelenski: “Ərdoğanla Quterreş Rusiyanın Ukraynaya hazırladığı təhlükədən xəbərdardır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antoniu Quterreş Rusiyanın Ukraynanın Müstəqillik Gününə hazırladığı təhdiddən xəbərdardır.

Bu barədə “RBC-Ukraina” Volodimir Zelenskinin videomüraciətinə istinadən xəbər verib.

Zelenski qeyd edib ki, Fransa Prezidenti Makronla da Rusiyanın Ukraynanın Müstəqillik Gününə hazırladığı təhdidləri müzakirə edib. Ukraynanın bütün tərəfdaşlarına Rusiyanın bu həftə nə hazırlaya biləcəyi barədə məlumat verilib. Prezident Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla təhdidləri müzakirə edib.

Zelenskinin sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antoniu Quterreş də hər şeydən xəbərdardır.

“Onlar və digər dünya liderləri bizdən müvafiq siqnallar aldılar. Hər kəs hər şeyi başa düşür. Onlar işğalçıların nə etdiyini və bunun nəyi təhdid etdiyini başa düşürlər. Və başa düşürlər ki, Ukrayna buna dözməyəcək. İnsanların təhqir olunmasına dözməyəcək, bu barədə təkcə onu demək olar: onlar öz vətənlərinin qəhrəmanlarıdır və öz xalqlarının azadlığını işğalçılardan qoruyublar”, – Ukrayna lideri vurğulayıb.

O qeyd edib ki, hətta müharibə zamanı da qaydalar olmalıdır. “Dünyanın qüvvələri istənilən dövləti, istənilən terrorçunu bu qaydaların gücünə tabe etmək üçün mütləq kifayət edəcək”, – Ukrayna lideri əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər