8 C
Baku
Friday, December 13, 2024

Zelenski 10 maddəlik “sülh formulu” irəli sürəcək

Ukrayna Prezidenti Vladimir Zelenski BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün sentyabrda Nyu-Yorka gedəcək.

Bu barədə “Bloomberg“ məlumat yayıb.

Zelenskinin 10 maddəlik “sülh formulu”nu irəli sürəcəyi bildirilib.

Zelenskinin BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək həftə ərzində sülhün təmin olunması kontekstində bəzi sessiya və iclaslara, o cümlədən Təhlükəsizlik Şurasına spiker kimi qatılacağı barədə məlumat yayılıb.

Bununla belə, Zelenskinin BMT-yə səfərinin və proqramının dəqiq olmadığı və Ukrayna hakimiyyətinin bu məsələ ilə bağlı suallara cavab vermədiyi vurğulanıb.

Zelenskinin münaqişəyə son qoymaq üçün 10 bənddən ibarət planı “Rusiya qoşunlarının Ukraynadan tamamilə çıxarılması, bütün hərbi əsirlərin və sürgünlərin azad edilməsi, ərzaq və enerji təhlükəsizliyi” kimi məsələləri əhatə edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər