16 C
Baku
Monday, April 29, 2024

Zelenski ABŞ-yə gedəcək

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 12-də ABŞ-yə gedəcək.

O, Ağ Evdə amerikalı həmkarı Cozef Baydenlə görüşəcək.

Məlumata görə, liderlər arasında Vaşinqtonun Kiyevə dəstəyi müzakirə olunacaq. Onlar, həmçinin müdafiə sahəsində əməkdaşlıq barədə danışacaqlar.

Zelenski və Bayden gələn il üçün müdafiə sahəsində əməkdaşlıq səyləri, o cümlədən silah və hava hücumundan müdafiə sistemlərinin istehsalı üzrə birgə layihələri də müzakirə edəcəklər.

Qeyd edək ki, bu, müharibə başlayandan bəri V.Zelenskinin ABŞ-yə üçüncü səfəridir. O, sonuncu dəfə sentyabrda Ağ Evdə olub.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər