Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə danışıb.
Bu barədə Zelenski tviterdə yazıb.
O, döyüş meydanındakı durum və Ukraynanın hərbi ehtiyaclarını müzakirə etdilərini söyləyib: “Biz həmçinin sülh formulunun həyata keçirilməsi üçün birgə səylər barədə razılığa gəldik. Qarşıdan gələn Ukrayna-Aİ sammitindən gözləntilərə dair fikir mübadiləsi apardıq”.