Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Cozef Baydenin Ukraynaya səfər etməməsinin səbəbini açıqlayıb.
Bu barədə dövlət başçısı CNN-ə danışıb.
V.Zelenski ABŞ Prezidentinin Ukraynaya səfər etmək istədiyini, lakin səfərə təhlükəsizliklə bağlı “bəzi məqamların” mane olduğunu da başa düşür:
“Biz Prezident Baydeni Ukraynada görmək istərdik. Eşitdim ki, o, bu fikri dəstəkləyir. Belə bir səfərə mane olan bəzi təhlükəsizlik məsələləri var. Biz buna anlayışla yanaşırıq”.