Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlini qəbul edib.
Britaniyalı nazir bu barədə tviter səhifəsində yazıb.
C.Kleverli bildirib ki, krallıq sözdə deyil, əməldə də Ukraynanı dəstəkləyir: “Bu gün mən sizə söz verdim. Britaniya ona əməl edəcək”.
Zelenski görüşlə bağlı video paylaşıb və nazirə səfərinə görə təşəkkür edib.