13 C
Baku
Monday, May 6, 2024

Zelenski bu gün Londona gedəcək

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Böyük Britaniyanın paytaxtı Londona səfər edəcək.

Zelenski bu barədə “Telegram”da yazıb.

Zelenski qeyd edib ki, havada və yerdə müdafiə imkanlarının artırılmasında Böyük Britaniya liderlik edir. Bu gün keçiriləcək görüşlərdə bu sahədə əməkdaşlıq müzakirə olunacaq.

“Mən dostum Rişi ilə görüşəcəyəm. Biz nümayəndə heyətləri formatında və təkbətək danışıqlar aparacağıq”, – deyə Ukrayna lideri qeyd edib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər