22 C
Baku
Tuesday, October 28, 2025

Zelenski Çinə qarşı sanksiyaları genişləndirib

Ukrayna daha beş Çin şirkətinə qarşı sanksiya tətbiq edib. Müvafiq fərmanı iyulun 8-də ölkə prezidenti Volodimir Zelenski imzalayıb, bu barədə Ukrayna liderinin ofisinin saytında dərc olunub.

Məhdudiyyətlərə məruz qalan şirkətlərə “Silk Road International Trading Co.”, “Suzhou Precigenome Co.”, “Shenzhen Royo Technology Co.”, “Shenzhen Jindobang Technology Co.” və “NINGBO Blin Machinery” daxildir. Fərman rəsmi dərc edildiyi gündən qüvvəyə minib.

Zelenski artıq iyunun 27-də Çin şirkətlərindən birinə qarşı sanksiyalar tətbiq edib. Həmin vaxt ümumi siyahıya 52 Rusiya vətəndaşı və biri Çin, qalanları isə Rusiya olmaqla 35 hüquqi şəxs daxil olub. ÇXR şirkətlərinin fəaliyyəti Rusiya müştəriləri ilə əlaqədə şübhəli bilinərək Ukraynada məhdudlaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər