12 C
Baku
Thursday, March 28, 2024

Zelenski Consonun istefasına reaksiya bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski əmindir ki, Boris Consonun Böyük Britaniyanın baş naziri postundan istefası Londonun Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasətinə təsir etməyəcək.

Bu barədə Zelenski CNN telekanalına müsahibəsində bildirib.

Dövlət başçısı Consonu “Ukraynanın əsl dostu” adlandırıb və onun istefasından sonra Britaniyanın Ukrayna ilə bağlı siyasətinin yaxın gələcəkdə dəyişməyəcəyinə əminliyini ifadə edib.

Zelenski həmçinin əlavə edib ki, Ukrayna Consonla münasibətlərdən çox şey, ilk növbədə hərbi dəstək alıb. O, istefa verdikdən sonra Britaniyanın baş naziri ilə telefon danışığı aparacağını təsdiqləyib.

Son xəbərlər
Digər xəbərlər