1 C
Baku
Saturday, December 14, 2024

Zelenski deyir ki, Ukraynanın ABŞ dəstəyi olmadan sağ qalması çox çətindir

Ukraynanın ABŞ dəstəyi olmadan sağ qalması çox çətindir və bu, faktdır.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski CNN-ə müsahibəsində deyib:

“ABŞ-ın yardımı olmasaydı, bu, dondurulmuş münaqişə olardı. ABŞ-ın yardımı ilə biz öz ərazilərimizi işğaldan azad edəcəyik, işğaldan azad edilən hər şəhər Putini zəiflədir. Biz bundan qorxmamalıyıq”.

Zelenski müharibə bitənədək üzvlük verilməsə belə, ölkəsinin NATO-ya dəvət edilməsinin ABŞ Prezidenti Co Baydendən asılı olduğunu deyib və onu bu addımı indi atmağa çağırıb.

“Bu gün Ukraynanın NATO-ya daxil olub-olmamasına ABŞ qərar verir. Bu günkü vəziyyət budur və bu, bir faktdır – NATO ölkələrinin əksəriyyəti Ukraynanın NATO-ya dəvət edilməsini dəstəkləyir, tərəddüdü olanlar isə sadəcə olaraq Prezident Baydenə baxır və o, (Bayden) bilir ki, bu ondan asılıdır, bu onun qərarı olacaq”.

Zelenski qeyd edib ki, Ukraynanın NATO-ya dəvət edilməsi əsgərləri üçün böyük motivasiya olacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər