Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi BMT-nin baş katibi Antoniu Quterreşlə telefonla taxıl sazişini müzakirə edib.
Bu barədə Zelenski tviterdəki hesabında yazıb.
“BMT-nin baş katibi Antoniu Quterreşlə danışıqlar apardım. Mən Ukraynanın taxıl sazişinə sadiqliyini bir daha təsdiqlədim”, – Zelenski sosial şəbəkə hesabında yazıb.