“Biz ilk növbədə silah tədarükü məsələsini müzakirə etdik”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO Baş katibi Yens Stoltenberqlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, uzaqmənzilli müasir aviasiya, artilleriya və zirehli texnikaların tədarükünü ləngitmək olmaz: “Müvafiq qərarları təxirə salmaq sülh üçün vaxt itirmək deməkdir”.
Qeyd edək ki, Y.Stoltenberq Kiyevdə səfərdədir.