Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya qoşunlarının 1991-ci il sərhədlərinə çıxarılması münaqişənin diplomatiya yolu ilə həllinin əsas şərtidir.
Bu barədə “The Economist” jurnalının məqaləsində deyilir.
“Əgər o (Rusiya Prezidenti Vladimir Putin. – red.), indi 1991-ci ilin sərhədlərinə çəkilsə, onda mümkün diplomatiya yolu başlayacaq. Bu, münaqişəni hərbi inkişaf yolundan diplomatik inkişaf yoluna dəyişə bilər”, – Zelenski Britaniya jurnalına müsahibəsində bildirib.
Dekabrın 12-də Ukrayna lideri münaqişəyə son qoymaq üçün üç addımı açıqlayıb. Birincisi, Kiyevə müasir hərbi texnikanın verilməsidir. İkincisi, 2023-cü ildə maliyyə, enerji və sosial sabitliyin dəstəklənməsidir. Nəhayət, üçüncü addım daha əvvəl Zelenskinin təklif etdiyi “sülh formulu”nun həyata keçirilməsi və qlobal sülh formulu sammitinin çağırılmasıdır.