9 C
Baku
Sunday, November 10, 2024

Zelenski: “Nüvə müharibəsi təhlükəsi blefdir”

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı hədəsini “blef” adlandırıb.

Bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Məncə, nüvə müharibəsi təhlükəsi blefdir. Qatil olmaq başqa şeydir. İntihar etmək başqa şeydir”, – Zelenski deyib.

Ukrayna Prezidenti həmçinin martın 9-da Rusiya hərbçilərinin Mariupolda doğum xəstəxanasına hava zərbəsi endirməsini ukraynalıların davam edən soyqırımının yekun sübutu adlandırıb.

“Öldürülmüş insanlar. Öldürülmüş uşaqlar. Doğum evinə hava bombası. Bu, ukraynalıların soyqırımının baş verdiyinə dair son sübutdur”, – Zelenski deyib.

Dövlət başçısı Avropaya üz tutub. Onun sözlərinə görə, avropalılar Rusiyaya qarşı sanksiyaları sərtləşdirməlidirlər ki, “işğalçının daha bu soyqırımı davam etdirmək imkanı” olmasın.

“Avropalılar, siz deyə bilməzsiniz ki, ukraynalıların başına gələnləri, Mariupolda Mariupol sakinlərinin başına gələnləri görməmisiniz. Gördünüz. Bilirsiniz. Ona görə də Rusiyaya qarşı sanksiyaları gücləndirməlisiniz”, – Ukrayna Prezidenti əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər