Ukrayna Rusiya ilə danışıqlardan imtina edir.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Dövlət başçısı bildirib ki, Vladimir Putin Rusiya prezidenti olaraq qaldığı müddətdə Kiyev Moskva ilə danışıqlar aparmayacaq.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Ukraynanın dörd bölgəsinin Rusiyaya birləşdirilməsi barədə qərar verib.