10 C
Baku
Thursday, December 12, 2024

Zelenski: “Rusiya ilə dialoqa hazıram, amma Moskva sülh yolu ilə həllə hazır deyil”

“Mariupolda vəziyyət pisləşir, müsbət nəticə yoxdur”.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə keçirdiyi mətbuat brifinqində deyib.

“Yüzlərlə yaralı var, orada qadınlar, uşaqlar var. Mən demək istərdim ki, sabah vəziyyət bu gündən yaxşı olacaq, amma bu, çətindir. Sizinlə açıq danışıram. Biz şəhərdən vətəndaşları təxliyə etməyə çalışırıq, bunu üçün humanitar dəhlizlərdən istifadə edirik, lakin Rusiya qüvvələri buna imkan vermir. Biz bilmirik ki, şəhər nə zaman blokadadan çıxacaq”, – Zelenski deyib.

Ukrayna Prezidenti bildirib ki, Mariupolun blokadadan çıxması üçün iki yol var: “Birincisi, ağır hərbi silahlar və birgə səylər vasitəsilə bu mümkündür. Ancaq bizim hələ bu silahlarımız yoxdur. İkinci yol isə diplomatik yoldur. Ancaq Rusiya tərəfi buna razılaşmır, onlar öz oyununu oynamağa davam edir. Biz Rusiya ilə mübadiləyə hazırıq, öz vətəndaşlarımızı rusiyalı hərbi əsirlərlə və döyüşlərdə öldürülən rusiya hərbçilərininin meyitləri ilə dəyişməyə hazırıq. Mən Rusiya ilə dialoqa hazıram. İki il əvvəl də hazır idim və hələ də hazıram, ancaq Moskva sülh yolu ilə həllə hazır deyil”.

 

 

 

Son xəbərlər
Digər xəbərlər