Ukrayna Prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasında (TŞ) Rusiyanın üzvlüyünə xitam verməyə, yaxud öz-özünü buraxmağa çağırıb.
Bu təşəbbüsü dövlət başçısı BMT TŞ-ə videomüraciətində irəli sürüb.
“Hazırda BMT Təhlükəsizlik Şurası Ukraynada sülhü bərpa etməyə yönələn qərar verməlidir. Belə qərarı verə bilmirsinizsə, onda qalır iki yol: ya Rusiyanı işğalçı dövlət qurumdan xaric edirsiniz, təhlükəsizlik sistemində islahat aparırsınız, ya da başqa alternativ tapılmasa, bu qurumun özünə xitam verirsiniz”, – Ukrayna lideri vurğulayıb.