7 C
Baku
Thursday, December 12, 2024

Zelenski Rusiyanın hücuma keçəcəyi barədə xəbərə münasibət bildirib

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın fevralın 16-da bu ölkəyə hücum edəcəyi ilə bağlı yayılan məlumata münasibət bildirib.

V.Zelinski bu gün keçirdiyi brifinqdə deyib ki, bu barədə 100 faiz dəqiq məlumatı olan varsa, bu informasiyanı rəsmi Kiyevə təqdim etsin. Ukrayna Prezidenti belə informasiyanın dəqiq və geniş analizinin aparılacağını vurğulayıb: “Bu gün mediada genişmiqyaslı müharibə ilə bağlı həddən çox informasiyalar var. Mən daim kəşfiyyatdan böyük həcmdə məlumat, eyni zamanda ABŞ və müttəfiqlərinin mesajlarını alıram. Mən bizə olan bütün informasiyaları analiz etməliyəm. Bizdə çoxlu informasiya var, çünki bu, bizim sərhədlər, bizim ərazidir. Mən vətəndaşlara Prezident kimi həqiqəti danışmalıyam. Həqiqət isə odur ki, bizdə müxtəlif informasiyalar var. Təlaşa xidmət edən informasiyalar bizə kömək etmir”.

Qeyd edək ki, “Politico” qəzeti öz mənbələrinə istinadən yazıb ki, dünən ABŞ Prezidenti Co Bayden Qərb ölkələrinin liderləri ilə videokonfrans formatında görüşdə Rusiyanın Ukraynaya fevralın 16-da hücum edəcəyini bildirib.

 

 

Son xəbərlər
Digər xəbərlər