14 C
Baku
Wednesday, April 17, 2024

Zelenski Şoltsla görüşüb

Ukrayna Prezidenti Vladimir Zelenski Moldovada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Almaniyanın Federal Kansleri Olaf Şoltsla görüşüb. Tərəflər Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi və Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə ediblər.

Bu barədə UNN Ukrayna prezidentinin ofisinə istinadən xəbər yayıb.

Ukrayna prezidenti Almaniya kanslerinə Rusiyanın Ukraynaya qarşı raket terrorunun genişlənməsi barədə məlumat verib.

Vladimir Zelenski həmçinin Olaf Şoltsa Ukrayna sülh formulasını dəstəklədiyinə və onun həyata keçirilməsinə qoşulmağa hazır olduğuna görə təşəkkür edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər