9 C
Baku
Friday, December 13, 2024

Zelenski Ukrayna iqtisadiyyatına dəyən ziyanın məbləğini açıqladı

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsi səbəbindən ölkəsində maliyyə itkisinin $600 mlrd.-a çatdığını bəyan edib.

Banker.az xəbər verir ki, xalqa müraciətində açıqlama verən Zelenski, “Ukraynanın bu müharibədən itkiləri təqribən $600 mlrd.-a çatır. 32 mln. kvadratmetrdən çox yaşayış sahəsi, 1 500-dən çox təhsil obyekti və 350-dən çox səhiyyə obyekti dağıdılıb və ya ziyan görüb. İqtisadi aktivlərdə böyük itkilər var. Yüzlərlə müəssisə dağıdılıb. Təxminən 2 500 kilometr yol və 300-ə yaxın körpü dağıdılıb və ya ziyan görüb. Bu, təkcə statistika deyil.Bu Mariupol, bu Volnovaxa, bu Oxtırka, bu Çerniqov, bu Borodyanka və onlarla şəhərimiz, qəsəbəmiz və kəndlərimizdir ” deyib.

 

Son xəbərlər
Digər xəbərlər