8 C
Baku
Friday, March 29, 2024

Zelenski Ukraynanın müdafiə və təhlükəsizlik üzrə əsas tərəfdaşının adını açıqlayıb

“Rəsmi Vaşinqton Kiyevin əsas müdafiə və təhlükəsizlik tərəfdaşıdır”.

Bunu ölkənin lideri Volodimir Zelenski ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə Kiyevdə keçirdiyi görüşdə deyib.

“ABŞ Ukraynanın əsas təhlükəsizlik və müdafiə tərəfdaşı olaraq qalır”, – Zelenski vurğulayıb.

Məlumata görə, Zelenski və Ostin bu sahədə gələcək ikitərəfli əməkdaşlığı da müzakirə ediblər.

“Ukrayna Prezidentinin Vaşinqtona səfəri zamanı dövlətimizə 60 milyon ABŞ dolları məbləğində əlavə təhlükəsizlik yardımı göstərilməsi ilə bağlı verilən qərarın icrasının sürəti qeyd olunub”, – xəbərdə vurğulanır.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər