Ukrayna prezidenti Volodimir Zelenskinin ailəsinin Rusiya tərəfindən ilhaq edilən Yaltadakı mənzili açıq hərracda 44,3 milyon rubla satılıb.
Bu barədə “Kommersant” qəzeti yazıb.
Rəsmilərin dediyinə görə, sahəsi 120 kvadratmetrdən çox olan mənzil üçün tender keçirilib.
Ukrayna mediası bildirib ki, Yelena Zelenskaya 2013-cü ildə Krımda təxminən 164 min dollara başa gələn penthaus alıb. Rusiya hakimiyyəti 2022-ci ilin payızında Zelenski cütlüyünün mənzilini və bir neçə yüz başqa müəssisəni və qeyri-dost əcnəbilərə məxsus daşınmaz əmlakı milliləşdirib.